Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.82 $▲1.14%
  • WTI neft88.74 $▲0.94%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.145 $▼0.44%
  • Qızıl3 854 $▼0.48%
  • Gümüş47.40 $▼0.22%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.00 ¢▼0.09%
  • Bitcoin64 299 $▼1.56%
  • Ethereum1 807 $▼1.49%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Hadisə

Qobustan həbsxanasında dəhşətli hadisə: Ömürlük məhkum kamera yoldaşını...

image-1681373744_hebs_uz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ömürlük məhkum Zahidi Kəhriz Abbasovun kamera yoldaşı Oleq Abişevi qətlə yetirdiyi məlum olub.

Busaat.az xəbər verir ki, bir neçə ay əvvəl mediada ömürlük məhkum Oleq Abişevin həbsxanada xəstəlikdən vəfat etməsi barədə məlumat yayılmışdı.

Məlum olub ki, O. Abişev xəstəlikdən deyil, cinayət nəticəsində həyatını itirib.

APA-nın məlumatına görə, 29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanıldığı ömürlük məhbus Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Zahidi Kəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, Zahidi Kəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb.

Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106755