Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.10 $▼1.45%
  • WTI neft84.83 $▼0.98%
  • Avropa qazı (TTF)81.77 €▼0.68%
  • Təbii qaz (ABŞ)3.242 $▲0.90%
  • Qızıl4 087 $▼0.92%
  • Gümüş52.24 $▼1.89%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda588.00 ¢▼0.13%
  • Bitcoin74 320 $▼1.25%
  • Ethereum2 097 $▼1.68%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Qrenobl yaxınlığında təyyarə qəzası – cəsəd tapılıb

image-16jpg-1749746188
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransanın İzer departamentinin Vif kommunasında qəzaya uğramış turist təyyarəsinin qalıqları tapılıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, kiçik təyyarə Qrenobl yaxınlığındakı Versud aerodromundan bir nəfərlə havaya qalxıb. İzer prefekturası mətbuata açıqlamada bildirib ki, təyyarənin qalıqları, eləcə də cəsəd tapılıb, ancaq cəsədin kimliyi hələ müəyyən edilməyib.

“Təyyarə çərşənbə günü günortadan sonra Versud helikopter bazasından havaya qalxıb və günün sonuna qədər geri qayıtmalı idi. Təyyarə geri qayıtmadığı üçün cümə axşamı səhər saat 9:30-da xəbərdarlıq edilib”,- deyə prefektura izah edib.

“ICI Isere” radiosunun məlumatına görə, təyyarədə tək olan pilot həmin gün Fransanın cənubuna gediş-gəliş etməyi planlaşdırıb. Bildirilib ki, meşəlik ərazidə Vif kommunasının yüksəkliklərində təyyarə qalıqlarının olması barədə təcili yardım xidmətlərinə xəbərdarlıq edilib.

Prefektura qeyd edir ki, insidentin səbəblərini müəyyənləşdirmək üçün istintaq başlayıb və araşdırmalar davam edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=167797