
Qriqoryan və Bono Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdilər
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş olub.
Busaat.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, tərəflər regionda davamlı sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.
Armen Qriqoryan erməni tərəfinin mövqelərini təqdim edib.
Diplomatlar qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Busaat.az























