
Quranı yandıran Paludanın azyaşlı uşaqlarla seksual xarakterli söhbətləri ortaya çıxıb
İsveç və Danimarkada Quranı yandıran danimarkalı siyasətçi Rasmus Paludanın uşaqlarla seksual xarakterli söhbətləri ortaya çıxıb.
Busaat.az TRT World-ə istinadən xəbər verir ki, Paludan 18 yaşından kiçik olduğunu bilməsinə baxmayaraq, Discord sosial media platformasında uşaqlarla cinsi məzmunlu söhbətlər edib.
Səs yazılarına görə, Paludan müəllimin sinif qarşısında uşağa cinsi təcavüz etməsi kimi ssenariləri ehtiva edən mövzularla söhbətlər aparıb.
Qrup söhbətlərinin birində danışanların Paludana yaşlarının 13-17 arasında olduğunu dediyi və onun yaşını soruşduqda 39 deyə cavab verdiyi aydın şəkildə eşidilir.
İsveçdə razılıq yaşı 15 olmasına əhəmiyyət verməyən, Paludan Discord platformasında 13 və 14 yaşlı uşaqlarla cinsi söhbətlərini davam etdirib.
11 avqust 2021-ci ildə qeydə alınan söhbətdə Paludan iştirakçılardan birinin ərzaq mağazasının arxasında cinsi əlaqədə olduğunu iddia edib. İddia üzərinə isə İstifadəçi 1 adlı uşaq “Bazarda işləmirəm, 14 yaşım var” cavabını verib.
Digər qrup söhbətində Paludan uşaqlara mətbəxdə çılpaq gəzdiyini deyib.
YouTube hesabı 2022-ci ilin fevral ayında bağlandıqdan sonra Discord-dan istifadə etməyə başlayan Paludan keçmişdə irqçilik, böhtan və yol hərəkəti cərimələri də daxil olmaqla 14 cəza alıb, eyni zamanda onun cinsi məzmunlu söhbətlərinə görə isə heç bir hüquqi tədbir görülməyib.
Yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında polisin himayəsi altında Quranı yandıran Rasmus Paludana heç kimin yaxınlaşmasına icazə verilməyib .
İsveçdə hökumətin Quranın yandırılmasına icazə verməsi Türkiyə başda olmaqla bir çox müsəlman ölkəsi reaksiya verib.
Paludan yanvarın 27-də Danimarkada məscidin qarşısında və Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.
Bundan başqa Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada Quranı cırıb.
Qeyd edək ki, Türkiyə və bir çox ölkələrdə, İsveç, Hollandiya və Danimarkada Qurana hücumlar etirazla qarşılanıb.
Busaat.az























