
Quranın yandırılması hadisəsindən sonra İsveç səfiri Səudiyyə Ərəbistanı XİN-ə çağırılıb
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Stokholmda Quranın yandırılması hadisəsindən sonra İsveç səfirini çağırıb.
Busaat.az xəbər verir ki, bu Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatik nümayəndəlikdə İsveç səfirinə Quranın yandırılması aktının qəti şəkildə rədd edilməsi barədə məlumat verilib, Stokholmu tolerantlığa, mötədilliyə və ekstremizmin rədd edilməsinə yönəlmiş beynəlxalq səylərə birbaşa zidd olan bütün hərəkətləri dayandırmağa çağırıb.
İyunun 28-də Stokholm polisi məscidin yaxınlığında Quran kitabını yandıran nümayişə icazə verib.
İsveçin baş naziri Ulf Kristerson müvafiq qərarın “qanuni, lakin əhəmiyyətsiz” olduğunu bildirib.
Busaat.az























