Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hadisə

Qusarda ev yandı, nənə və nəvəsi öldü

image-fhn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qusarda iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

DİN Mətbuat xidmətindən Busaat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat qəsəbəsində sakin Ənvər Əlirzayevə məxsus evdə qeydə alınıb.

Belə ki, səhər saat 8 radələrində yanğın baş verməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gedərək FHN əməkdaşları ilə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər görüblər. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində Ə.Əlirzayevin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayev və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

İlkin ehtimallara görə, yanğın odun sobasından başlayıb. Araşdırma aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97026