Quterreş ABŞ-ın kuklasıdır – Şimali Koreya

image-quterresbackend

Şimali Koreyanın Xarici İşlər naziri Ço Son Hui BMT-nin Baş katibi Antonio Quterreşi ABŞ-ın kuklası adlandırıb.

Busaat.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər naziri Ço Son Hui gündəmlə bağlı qiymətləndirmələr edib:

“Noyabrın 18-də BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-dan gələn ciddi hərbi təhlükəyə cavab olaraq qanuni və ədalətli şəkildə istifadə etdiyimiz özünümüdafiə hüququmuzu bir daha “təxribat” adlandırdı. Son vaxtlar məndə hərdən belə bir təəssürat yaranır ki, o, Ağ Evin və ya ABŞ Dövlət Departamentinin üzvüdür. Baş katib Quterreşin bütün məsələlərdə ədalətə, qərəzsizliyə və ədalətə ciddi riayət etməyi nəzərdə tutan BMT Nizamnaməsinin məqsəd və prinsiplərini dəstəkləmək vəzifəsini unudaraq, belə acınacaqlı mövqe tutmasından təəssüflənirəm. Antonio Quterreş Koreya yarımadası məsələsinə obyektiv baxmalıdır, çünki o ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bir ildir ki, bir-birinin ardınca bölgədə strateji nüvə silahlarını ehtiva edən təxribat xarakterli nüvə hərbi təlimləri keçirdiyini bilir. İndiki proseslər bu kimi addımların nəticəsidir” –deyə, o, Quterreşi Koreya yarımadası ilə bağlı qərəzli qərar verdiyinə görə tənqid edib.

Ço Son Hui Şimali Koreyanın təhlükələrə qarşı tədbirlər gördüyünü xatırladaraq qeyd edib: “ABŞ fəlakətli nəticələr istəmirsə, öz addımlarında obyektif olsun. Onlara bu barədə çağırışlar etdik. Bunula belə BMT-nin Baş katibi Birləşmiş Ştatları deyil, bizi təxribatçı kimi xarakterizə etdi. BMT-nin Baş katibinin bizə təzyiq göstərmək cəhdləri onun ABŞ oyuncağı olduğunu göstərir”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki