
Radikal sağçı Le Pen xəstəxanaya yerləşdirildi
Fransada ifrat sağçı partiyanın həmtəsisçisi Le Pen xəstəxanaya yerləşdirilib.
Busaat.az Fransanın BFMTV kanalına istinadən xəbər verir ki, sonradan adı Milli Birlik (MN) olaraq dəyişdirilən ifrat sağçı Milli Cəbhənin (FN) qurucularından biri Le Pen xəstələnib.
Günorta saatlarında xəstəxanaya aparılan 94 yaşlı Le Penin həkimləri onun səhhətinin ağır olduğunu bildiriblər.
Xəstəxanaya ifrat sağçı siyasətçinin ailə üzvləri də gəlib.
Busaat.az























