Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.93 $▼3.47%
  • WTI neft88.25 $▼3.35%
  • Avropa qazı (TTF)83.45 €▼2.50%
  • Təbii qaz (ABŞ)3.033 $▲0.33%
  • Qızıl4 125 $▼0.21%
  • Gümüş52.69 $▼0.81%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.50 ¢▼0.34%
  • Bitcoin74 726 $▲0.00%
  • Ethereum2 122 $▼0.12%
  • S&P 5007 377▲0.27%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Elm ve tehsil

Rasim Məmmədov VƏFAT ETDİ – FOTO

image-1679932658_1679928208_vefat
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.

Bu barədə Busaat.az-a BDU-dan məlumat verilib.

Qeyd edək ki, Rasim Məmmədov 1 iyun 1950-ci ildə anadan olub. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

1974-cü ildən BDU-nun Fizika fakültəsində elmi və pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə Fizika fakültəsi nəzdində “Radiofizika” ixtisası üzrə aspiranturaya daxil olub. 1984-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 2009-cu ildə professor elmi adı alıb.

1979-cu ildən Optika və molekulyar fizika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.

Professor Rasim Məmmədovun elmi fəaliyyəti yarımkeçirici cihazlar fizikası və texnikası ilə əlaqədar olub. İlk dəfə olaraq real metal-yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar edib.

Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 5 ixtira və 50 elmi-publisistik məqalənin müəllifidir.

2 fizika üzrə fəlsəfə doktorantının və 20 magistrantın elmi rəhbəri olub. Rasim Məmmədov 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.

Gallery image 1

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179901