Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Rəcəb Tayyib Ərdoğan Vəqfi” quruldu

image-erdogan-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə üçüncü dəfə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın adına vəqf yaradılıb. Vəqfin qurucuları arasında onun övladları Bilal Ərdoğan, Esra Albayrak və Sümeyye Erdoğan Bayraktar ilə yanaşı, tanınmış adlar da var.

Busaat.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Vəqfinin yaradılması ilə bağlı Vəqflər Ümumi Müdirliyinin elanı Rəsmi Qəzetdə dərc olunub.

Açıqlamada vəqfin əmlakının 120 min lirə olduğu bildirilir: “Vəqfin ləğvi halında, ləğvindən qalan varlıqlar təsisçilər idarə heyətinin uyğun gördüyü bir vəqf və ya dövlət qurumuna verilir”.

İstanbulda yaradılan vəqfin idarə heyətində Necməddin Bilal Ərdoğan, Vedat Dəmiröz, Mehmet Tevfik Göksu, Esra Albayrak, Sümeyye Erdoğan Bayraktar, Hüseyn Aydın, Ahmet Özel və Nuri Aksu iştirak edib.

“İstanbuldakı Rəcəb Tayyib Ərdoğan Muzeyində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi əşyaları və ya vəzifəsi zamanı ona əmanət edilmiş əşyalar sərgilənəcək və Rəcəb Tayyib Ərdoğan Muzeyi cəmiyyətin təhsil və mədəni səviyyəsini yüksəltmək, təhsil və araşdırma işlərinə töhfə vermək məqsədi ilə Ərdoğan Kitabxanası, həmçinin elmi, mədəniyyət və incəsənət proqramları və sərgiləri təşkil edəcək”, – deyə vəqfin qurulma məqsədi açıqlanıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111234