Rəqibinə kəllə atdı, 8 oyunluq cəzalandı

image-156653_rgpc0xpcc8backend

U-16 Liqasının “Keşlə” – İCBFA  oyununda kütləvi dava-dalaş baş verib.

Busaat.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov matçın 60-cı dəqiqəsində rəqibə başı ilə zərbə endirdikdən sonra futbolçular arasında dava düşüb.

“Keşlə”nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də davanın fəal iştirakçısı olub.

AFFA İntizam Komitəsi bugünkü iclasda Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90