Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 775 $▲1.04%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Rəşad Nəbiyev: 18 min tranzit uçuş həyata keçirilib

image-resad
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Hava Yolları”nın “Azaraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) vaxtında həyata keçirdiyi tədbirlər sayəsində Avropadan Asiyaya reyslər alternativ marşrutlar üzrə təhlükəsiz yerinə yetirilir ki, bu da bizə qonşu regionlarda geosiyasi gərginlik şəraitində etibarlı hava dəhlizini saxlamağa imkan verir.

Busaat.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, yüksək səviyyəli aeronaviqasiya xidmətlərinin göstərilməsi və onun əsas hava marşrutlarının kəsişməsində yerləşməsi sayəsində 2021-ci ildən Azərbaycanın hava məkanı ilə tranzit daşınması 3,5 dəfə artaraq ayda təxminən 18 min tranzit uçuş təşkil edib.
AZANS tərəfindən idarə olunan hava məkanından dünyanın demək olar ki, bütün aparıcı aviaşirkətlərinin daxil olduğu 209 müxtəlif hava məkanı şirkəti istifadə edir ki, bu da Azərbaycanın aviasiya imkanlarına olan inam və etibarın göstəricisidir.

“Diqqət çəkən vacib məqam odur ki, Azərbaycanın öz torpağı və səması üzərində suverenliyinin yenidən bərpa etməsi AZANS-a ölkə ərazisində hava hərəkətinə hərtərəfli şəkildə nəzarət etmək imkanı verib.
Bu mühüm inkişaf, işğal olunmuş ərazilərin azad edilməsi əməliyyat səmərəliliyini artırmaqla yanaşı, həm də Azərbaycan sərhədləri daxilində aviasiya üçün təhlükəsizlik standartlarını yüksəldir və bütün hava məkanı istifadəçiləri üçün rahat və təhlükəsiz istifadəni təmin edərək yeni marşrut imkanları açır” – nazir əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140117