Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.93 $▼2.75%
  • WTI neft83.95 $▼0.93%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.268 $▲3.35%
  • Qızıl3 777 $▼0.26%
  • Gümüş45.60 $▼0.46%
  • Pambıq80.95 ¢▼0.52%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin63 916 $▼1.48%
  • Ethereum1 790 $▼1.79%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Rəşad Sadıqovun alqışlı etirazı tək hakimə olmayıb - Video

image-162186_fvlgjk24tx
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Premyer Liqanın 21-ci turunun “Neftçi” – “Zirə” görüşündə qonaq komandanın futbolçusu Coşqun Diniyev meydandan qovulub.

Busaat.az xəbər verir ki, baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə, hesab 0:0 olarkən Coşquna ikinci sarı – qırmızı vərəqə göstərib. Bu qərar həm futbolçunun, həm də “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun narazılığına səbəb olub.

O, etiraz olaraq hakimi və tribunanı alqışlayıb. Məlumata görə, həmin vaxt tribinada AFFA Hakimlər Deparamentinin avstriyalı rəhbəri Frits Ştuxlik də olub.

Matçın 90+5-ci dəqiqəsində, hesab artıq 1:0 “Zirə”nin xeyrinə olarkən baş hakim “Neftçi”nin lehinə penalti təyin edib. Bu qərar mübahisə yaradıb. “Ağ-qaralar” penaltidən dəqiq istifadə edib. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

Oyundan sonrakı mətbuat konfransında R.Sadıqov jurnalislərin hakimliklə bağlı suallarını da cavablandırıb. Həmin sual-cavabın yer aldığı videonu təqdim edirik.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74403