İran ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur və bu münasibətlər iki dövlətin imzaladığı müqavilələrdə təsbit olunub. Belə ki, 2002-ci ildə imzalanmış Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında müqaviləyə əsasən, iki dövlət arasında sərhədlər dostluq sərhədləri elan olunur və hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanır. Bunu Trend-in sorğusuna cavab olaraq İranın Azərbaycan və Ermənistanla dövlət sərhədinə hərbi avadanlıqlar gətirməsi ilə bağlı məlumatı şərh edərkən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. XİN rəsmisi qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və İranla dövlət sərhədimizin tam nəzarətimizə götürülməsi ilə əlaqədar, sərhəd xəttinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarətinə verilməsi ilə əlaqədar tərəfimizdən İran hökuməti məlumatlandırılıb: “Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərlə bağlı fəaliyyətə başlayan sərhəd məntəqələrində də qarşılıqlı etimad əsasında davam etdiriləcək
Rəsmi Bakıdan İranın sərhədə hərbi texnika cəmləməsinə REAKSİYA

Bu bölməyə aid digər xəbərlər
Demokrat.az xəbər verir ki, görüşdə iştirak edən sahibkarlar arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub, yeni iş əlaqələrinin qurulmasına dair…
Bu gün "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi (İMD İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə…
Azərbaycan Aktyorlar Agentliyinin siması, gənc aktyor Sənan Əlləz daha bir ugura imza atıb. Gənc aktyorumuz Özbəkistan Baş prokurorluğunun sifarişi ilə…
Türkiyənin cənubunda Aralıq dənizi sahilində yerləşən liman metropolu olan Mersin ilin bütün fəslində qaynayır. Bu şəhərdə hər gün çoxsaylı turist görmək…
Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi münasibətilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışının tarixində ilk dəfə olaraq qızlardan…
Neftçala rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 41 illiyinə həsr olunmuş mərasim keçirilib. Yenicag.az xəbər verir ki…