Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 473 $▲0.57%
  • Ethereum1 794 $▲1.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rişi Sunak Ukraynada müharibədə həlak olanları bir dəqiqəlik sükutla yad edib

image-thumbs_b_c_0c458a3a02a1d33b7aed1ba200b95971
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın 2022-ci il fevralın 24-də “hərbi əməliyyat” adı ilə Ukraynaya qarşı başlatdığı müharibə 1 ili arxada qoyub. Dünyanın müxtəlif yerlərində müharibədə həyatını itirənlərin xatirəsini yad etmək üçün mərasimlər keçirilib. İngiltərənin paytaxtı Londonda da baş nazir Rişi Sunakın iştirakı ilə anma mərasimi təşkil edilib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir Sunak, Ukraynanın Londondakı səfiri Vadim Pristayko və həyat yoldaşı Dauninq küçəsində baş nazirlik binası qarşısında müharibədə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş nazir Sunak sosial media hesabında qeyd edib: “Bütün ukraynalıların xatirəsinə. Sizinlə həmrəyik. Ukraynaya azadlıq!”

Baş Nazirlik ofisindən Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü ilə bağlı verilən açıqlamada İngiltərənin Ukrayna ilə müharibənin başından bəri çiyin-çiyinə olduğu ifadə edilib: “Həyati əhəmiyyətli qaynaqları təmin etməyə davam edəcəyik ki, müharibə nə qədər vaxt aparsa da, Ukraynaya kömək edək. Ukrayna bayrağı bizim Ukraynaya və onun azadlıq mübarizəsinə verdiyimiz sarsılmaz dəstəyin əlaməti olaraq Dauninq küçəsində və Böyük Britaniyada dalğalanmağa davam edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101814