
Roma Papası əvvəlkindən daha yaxşı formadadır
Roma Papası Fransisk cərrahiyyə əməliyyatından 9 gün sonra xəstəxanadan buraxılıb .
Busaat.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Papanın həkimi onun əvvəlkindən daha güclü olduğunu bildirib.
“Onun vəziyyəti yaxşıdır. O, əvvəlkindən daha yaxşı formadadır”, – həkim bildirib.
Qeyd edək ki, Fransisk avqustun əvvəlində Portuqaliyaya, həmin ayın sonunda isə Monqolustana səfər edəcək.
Busaat.az























