
Roma Papası Fransisk əməliyyat olunub
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk əməliyyat olunub. Onun bədənində qarın nahiyəsindəki kəsik nəticəsində əmələ gələn yırtıq səbəbiylə laparotomiya və plastik əməliyyatla qarın divarına protez qoyulması əməliyyatı həyata keçirilib.
Busaat.az xəbər verir ki, Vatikanın Mətbuat Ofisinin paylaşdığı məlumata görə, Romadakı Gemelli xəstəxanasına yerləşdirilən Papanın əməliyyatının problemsiz tamamlandığı və 3 saat davam etdiyi bildirilib.
Papa Fransiski əməliyyat edən həkim Sergio Alfieri mətbuata açıqlamasında, “Papa yaxşıdır, oyaqdır. İlk zarafatını mənə, “Üçüncü əməliyyatı nə vaxt edirik?”, – deyərək etdi”, – deyə bildirib.
Alfieri Papanın 2 il əvvəl yoğun bağırsaq əməliyyatından sonra kəsik yerində əmələ gələn yırtığın protez vasitəsilə plastik əməliyyatla qapadıldığını bildirib. Qeyd olunub ki, 86 yaşlı Papanın sağalma müddəti 5-7 gün çəkəcək.
Papanın əməliyyatı ilə əlaqədar bütün fəaliyyətlərin iyunun 18-dək dayandırıldığı bildirilib.
Busaat.az























