İtaliyanın paytaxtı Romada kafeyə silahlı basqın nəticəsində öldürülən 3 qadından birinin Baş nazir Giorgia Meloni ilə dost olduğu bildirilib.
Busaat.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada bir kafeyə təşkil edilən silahlı hücumda 3 qadın ölüb, 4 nəfər yaralanıb.
İtaliyanın Baş naziri Giorgia Meloni ölənlərdən biriylə dost olduğunu açıqlayıb. Meloni sosial şəbəkədə, “Nicoletta gözəl və xoşbəxt idi, onun belə ölməsi ədalətsizlikdir” – deyə, hadisədən təəssüflənib.
Hücum edən şəxsin istifadə etdiyi silahı polis bölməsindən oğurladığı bildirilib.
Busaat.az