
Roman Protaseviç sözünün üstündə durduğu üçün əfv edilib — Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda terror təşkilatı kimi tanınan “Nexta”nın üzvü olan Roman Protaseviçi bütün vədlərinə əməl etdiyi əfv edib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Bu oğlan vəd etdiyi hər şeyi etdi. Bu, həbsxanaya düşməmək üçün deyil. O, səhv etdiyini etiraf etdi. O, cəbhədə olmayıb, heç kimi öldürməyib”, – Lukaşenko bildirib.
Busaat.az























