Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 415 $▲2.04%
  • Ethereum1 833 $▲3.65%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rosatom prezidenti və MAQATE-nin direktoru Qrossi Zaporojye AES-in vəziyyətini müzakirə ediblər

image-zaporozhye_aes_280222
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rosatom prezidenti Aleksandr Lixaçev Moskvada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ilə Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı vəziyyəti müzakirə edib.

Busaat.az xəbər verir ki, bu barədə Rosatomdan açıqlama verilib.

Bəyanatda bildirilib ki, görüş zamanı Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsiz zonanın yaradılması məsələsi də müzakirə olunub və tərəflərin bu məsələyə yanaşmaları oxşar olub.

Açıqlamada, stansiyanın təhlükəsizliyi ilə bağlı fəaliyyət göstərən MAQATE missiyası ilə də məsləhətləşildiyi bildirilib və tərəflərin ən qısa zamanda təhlükəsiz zonanın yaradılması da daxil olmaqla əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiyi qeyd edilib.

Avropanın ən böyük atom elektrik stansiyası

Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Elektrik stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan zavodun ətrafında artilleriya hücumları davam edərkən, Ukrayna və Rusiya hücumlarda bir-birini ittiham edir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94926