Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 230 $▼1.46%
  • Ethereum1 909 $▼0.95%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ruandada torpaq sürüşməsi: Ölənlərin sayı hər dəqiqə artır

image-ruanda-reuters
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mərkəzi Afrika ölkəsi Ruandada leysan yağışlar və daşqınlar torpaq sürüşməsinə və böyük fəlakətə səbəb olub.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin qərbinə təsir edən leysan yağışları və daşqınlar sürüşmələrə səbəb olub. Ngororero, Rubavu, Nyabihu, Rutsiro və Karongi bölgələrinə təsir edən yağışların səbəb olduğu torpaq sürüşmələrindən sonra çox sayda ev və bina zərər görüb.

İlk təsbitlərə görə ən az 55 nəfərin həyatını itirdiyi bildirilərkən, səlahiyyətlilər daha sonra ölənlərin sayının artdığını açıqlayıb. İngiltərə xəbər agentliyi Reuters torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayının 95-ə yüksəldiyini bildirib.

Çox sayda insanın yaralandığını və evlərində köməksiz vəziyyətdə qaldığını qeyd edən səlahiyyətlilər, yolların da dağıldığını bildirib. O da bildirilib ki, fəlakətə Sebeya çayının daşması səbəb olub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108671