Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.76 $▼4.01%
  • WTI neft82.07 $▼3.15%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.389 $▲7.18%
  • Qızıl3 744 $▼1.14%
  • Gümüş45.39 $▼0.92%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin63 116 $▼2.71%
  • Ethereum1 778 $▼2.46%
  • S&P 5007 324▼0.23%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ruhani İran parlamentinin bu layihəsinə qarşı çıxdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Prezidenti Həsən Ruhani parlamentin nüvə fəaliyyətlərini sürətləndirmək barədə təqdim etdiyi qanun layihəsinə qarşı çıxıb. 

Busaat.az xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasında bildirib.

Ruhani Nüvə Silahının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində 2016-cı ildən bəri könüllü olaraq həyata keçirilən əlavə protokoldan ayrılmanı və uranı ən az 20 faiz zənginləşdirməyi nəzərdə tutan layihəni tənqid edib.

“Parlamentin qəbul etdiyi qanunu diplomatik fəaliyyət prosesi üçün zərərli hesab edirik. Hökumət bu qanunu müsbət görmür”,- deyə Ruhani qeyd edib.

Prezident daha sonra son 10 ildə ABŞ və digər “düşmən”lərin bütün qüvvələrini İranı ələ keçirtmək üçün tətbiq etdiklərini və sanksiyaları iqtisadi müharibəyə çevirdiklərini söyləyib.

İranın Birinci vitse-prezidenti İshak Cihangiri də dünən Məclisin təqdim etdiyi layihəyə qarşı çıxıb: “Hökumət belə nüvə məsələlərinə qarışmır. Məclisin bu məsələyə müdaxilə etməsi uyğun deyil. Parlament icra işlərinə qarışmamalıdır”.

Prezident Aparatının rəhbəri Mahmud Vaiz də  əksəriyyəti mühafizəkar olan Parlamentdə təqdim edilən qanun layihəsinin hökuməti narahat etdiyini bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=26426