
Rumıniya dünyanın ilk süni intellektlə işləyən hökumət müşavirini nümayiş etdirib
Rumıniyanın baş naziri Nikolae Ciuca özünün süni intellektlə işləyən yeni məsləhətçisini təqdim edib.
Busaat.az xəbər verir ki, Ciuca Nazirlər Kabinetinin iclasında yeni süni intellektlə dəstəklənən proqramı, İon adlı robotunu nümayiş etdirib.
Böyük şüşə ekrandan ibarət rəqəmsal interfeysə malik robot rumıniyalı tədqiqatçılar tərəfindən hazırlanıb.
Ciuca robotun “dünyada süni intellektlə işləyən ilk hökumət müşaviri” olduğunu bildirib.
“Mən hesab edirəm ki, süni intellektin istifadəsi seçim yox, daha çox məlumatlı qərarlar qəbul etmək zərurətinə çevrilməlidir”, – nazir deyib.
Qeyd edək ki, robotun dizaynını həyata keçirən qrupun rəhbəri Nicu Sebe İonun bəzi nöqtələrə yerləşdiriləcəyini və vətəndaşların istəklərini robota çatdıra biləcəklərini bildirib.
Busaat.az























