
Rumıniyanın müdafiə naziri istefa verdi
Rumıniyanın müdafiə naziri Vasilek Dınku ölkə Prezidenti Klaus İohannislə fikir ayrılığına görə istefa verib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı nazir özü açıqlayıb.
O, ölkə Prezidenti, ordunun Ali Baş Komandanı ilə əməkdaşlığın mümkünsüz olduğunu qeyd edib.
Onun sözlərinə görə, qərar vermə proseslərinə və müdafiə sahəsində bir neçə layihəyə əngəl olmamaq üçün istefa vermək qərarına gəlib.























