
Rus qoşunları Xersondan tam çıxarıldı - Rusiya Müdafiə Nazirliyi
Xerson şəhərində müdafiə xətti tamamilə Dnepr çayının sol sahilinə çəkilib, çayın sağ sahilində isə hərbi birləşmələr yoxdur.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Rus ordusunun Xersondakı geri çəkilmə qərarı ilə bağlı son vəziyyəti dəyərləndirən Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov deyib: “Bu gün səhər saatlarından etibarən Rusiya hərbi birləşmələrinin Dnepr çayının sol sahilinə çəkilməsi tamamlanıb. Çayın sağ sahilində hərbi hissə qalmayıb”.
Konaşenkov vurğulayıb ki, qoşunların çıxarılması zamanı şəxsi heyət və hərbi texnika itkisi olmayıb.
Dnepr çayının sağ sahilində mülki əhalinin təxliyyəsi üçün lazımi dəstəyi verdiklərini ifadə edən Konaşenkov, Rusiya hərbi birləşmələrinin daha əvvəl hazırlanmış müdafiə xətlərinə və mövqelərinə yerləşdirildiyini qeyd edib.
Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərə açıqlama verib.
Rusiya qoşunlarının Ukraynanın Xerson şəhərindən Dnepr çayının sol sahilinə çıxarılması qərarını dəyərləndirən Peskov bunun “onları aşağılayan qərar olmadığını” və bölgəni öz ərazilərinə daxil etdiklərinə görə peşman olmadıqlarını bildirib.
“Bu qərara görə regionun statusu dəyişməyib. Bu, Rusiya Federasiyasının bölgəsidir. Bu bizim qanunlarımızda təsdiqlənib və müəyyən edilib. Bununla bağlı heç bir dəyişiklik yoxdur və ola da bilməz” – deyə, Peskov bildirib.
Busaat.az























