
Rusiya 6 ölkə ilə sadələşdirilmiş viza rejiminə dair sazişlər hazırlayır - XİN
Rusiya Hindistan, Suriya və İndoneziya da daxil olmaqla altı ölkə ilə sadələşdirilmiş viza rejiminə dair sazişlər hazırlayır.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.
“Hindistanla yanaşı, biz, həmçinin Anqola, Vyetnam, İndoneziya, Suriya və Filippinlə viza rejiminin qarşılıqlı sadələşdirilməsini nəzərdə tutan hökumətlərarası saziş layihələri üzərində işləyirik”, – İvanov deyib.
İvanov, həmçinin Rusiyanın Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Baham adaları, Barbados, Haiti, Zambiya, Küveyt, Malayziya, Meksika, Trinidad və Tobaqo da daxil olmaqla 11 ölkə ilə vizasız gediş-gəliş haqqında sazişlər üzərində işlədiyini açıqlayıb.
Busaat.az























