Rusiya ABŞ-ni nüvə ilə TƏHDİD ETDİ: “Anlamamış deyillər”

image-lavrovsbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə ABŞ arasında pilotsuz uçuş aparatı (PUA) gərginliyi ilə bağlı açıqlama verib.

Busaat.az xəbər verir ki, hadisəyə görə ABŞ-ni məsuliyyət daşıyan tərəf kimi xarakterizə edən Lavrov deyib:

“Qlobal təhlükəsizlik baxımından dünyanın ən böyük iki nüvə gücü olaraq görülən iki dövlət arasında qarşıdurmaya səbəb ola biləcək hər cür insident həmişə çox ciddi risklər daşıyır. ABŞ bunu anlamamış deyil”.

Rusiyanın Ukraynaya hücumları zamanı Qara dəniz üzərində uçuşların məhdudlaşdırıldığını xatırladan Lavrov əlavə edib: “ABŞ Rusiya ordusunun Qara dənizin müəyyən bölgələrində ABŞ və digər ölkələrə aid bütün təyyarələrin istifadəsinə məhdudiyyət qoyulmasına məhəl qoymur”.

Lavrov Hindistanda keçirilən görüşdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüyünü və Blinkenin ona strateji sabitlikdə maraqlı olan ölkələrin məsuliyyəti öz üzərinə götürməli olduğunu dediyini bildirib.

Qeyd edək ki, Rusiyanın Su-57 hərbi təyyarəsi ilə ABŞ-yə aid MQ-9 Reaper tipli PUA Qara dəniz üzərində beynəlxalq hava məkanında toqquşub.

ABŞ-dan verilən açıqlamada bunun qəsdən törədildiyi bildirilsə də, Rusiya tərəfi bu iddianı təkzib edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki