
Rusiya ABŞ-nin avqustda BMT-yə sədrlik proqramını dəstəkləmir - Polyanski
Rusiya ABŞ-nin avqust ayında BMT Təhlükəsizlik Şurasına təklif etdiyi proqramı dəstəkləməyib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
“ABŞ avqustda BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Rusiya bu ay ABŞ-nin sədrlik proqramını dəstəkləməyib”, – diplomat bildirib.
Avqustun 1-də ABŞ bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olub. Hər ayın birinci günü yeni sədr digər üzvlər tərəfindən təsdiq edilməli olan iş proqramı təklif edir.
“Proqramın olmaması amerikalıların öz funksiyalarını yerinə yetirməsinə mane olmayacaq, sadəcə olaraq bu prosesi onlar üçün daha rahat edəcək”, – Polyanski deyib.
Busaat.az























