
Rusiya ABŞ PUA-larını Qara dənizdən çıxardığını açıqladı
Qara dəniz üzərində uçan ABŞ-ın pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən çıxarılıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sərhədlərinə yaxınlaşan pilotsuz uçuş aparatı Qara dəniz üzərində Rusiya hava radar sistemləri tərəfindən aşkar edilib. Bunun üzərinə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-30 qırıcı təyyarəsi havaya qalxıb. İHA-nın ABŞ-ın MQ-9A Reaper tipli kəşfiyyat PUA-sı olduğu müəyyənləşib. Rusiya döyüş təyyarəsinin yaxınlaşması ilə xarici kəşfiyyat PUA Rusiya Federasiyasının sərhədlərindən “U” dönüşü edib. Rusiya döyüş təyyarəsi sağ-salamat aviabazaya qayıtdıqdan sonra Rusiya sərhədlərinin pozulmasının qarşısı alınıb”,- nazirlik bildirib.
Açıqlamada qeyd olunub ki, Rusiyaya məxsus döyüş təyyarəsinin uçuşu təhlükəsizlik tədbirlərinə və beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq neytral sular üzərində hava məkanından həyata keçirilib.























