
"Rusiya Afrikada Fransanı ovlamaq layihəsini icra edir" – Makron
Fransa prezidenti Emmanuel Makron Afrika qitəsində anti-fransız əhval-ruhiyyəsinin güclənməsini Rusiyanın təsirinin artması ilə əlaqələndirib və bu ölkəni “Afrikada Fransanı ovlamaq layihəsini icra etməkdə” ittiham edib.
Busaat.az xəbər verir ki, bunu Frankofoniya Sammiti çərçivəsində Tunisdə olan Makron TV5 Monde telekanalına müsahibəsində deyib.
Makronun sözlərinə görə, Rusiya Fransanın hərbi münaqişədə olduğu və ya təsirini itirdiyi Afrika ölkələrini istifadə edərək Afrikada “fransızları ovlayır”.
Fransanın keçmiş müstəmləkələrindəki iqtisadi və tarixi bağlarından öz maraqlarına xidmət etmək üçün istifadə edib-etməməsi ilə bağlı suala Makron, bu diskursun digər ölkələrin yaratdığı bir qavrayış olduğunu bildirib.
“Afrikada nüfuz yaratmaq istəyən müxtəlif güclər (dövlətlər) insanları şübhə altına salmaqla Fransa və fransızlara zərər vermək və öz maraqları üçün zəmin yaratmaq istəyirlər” – deyə, Makron bildirib.
Busaat.az























