Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 820 $▲1.11%
  • Ethereum1 811 $▲2.40%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya aktivlərinin qanunsuz ələ keçirilməsi ilə bağlı Ukraynaya cinayət iş açıb

image-sberbank
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya İstintaq Komitəsi Rusiyanın əsas bankının aktivlərinin Ukrayna hakimiyyəti tərəfindən “qanunsuz” müsadirə edilməsi ilə bağlı cinayət işi açıb.

Busaat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun sənədlərinə əsasən, idarənin rəsmi sözçüsü Andrey İvanov jurnalistlərə bildirib.

“Rusiya Baş Prokurorluğu Rusiya bankının aktivlərinin Ukrayna hakimiyyəti tərəfindən qanunsuz olaraq ələ keçirilməsi, habelə onun Ukraynadakı törəmə kredit təşkilatının maliyyə əməliyyatlarına mane olması ilə bağlı faktları yoxlayıb. Bizim topladığımız faktlardan müəyyən etmək olar ki, Kiyev rejiminin yüksək rütbəli məmurları ölkənin yüksək rütbəli siyasi liderləri timsalında Rusiya Federasiyasının, Rusiya bankının maraqlarına zərər vurmaq cəhdi ilə və banka himayədarlıq edən Ukrayna vətəndaşları uzun müddət öz qanunvericilik imkanlarından istifadə edərək, Rusiya bankının və onun törəmə qurumunun ölkə ərazisində fəaliyyətinə məhdudiyyətlər qoyublar”, – İvanov bildirib.

“Kiyev rejiminin qəsdən və qeyri-qanuni hərəkətləri nəticəsində Rusiya bankına və onun müştərilərinə 1 milyard dollardan çox ziyan dəyib”, – o vurğulayıb.

İvanov bankın adını çəkməyib, lakin TASS-ın məlumatına görə, söhbət Sberbank-dan gedir.

Busaat.az

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106589