
Rusiya Azərbaycanın təqdim etdiyi bu məlumatı araşdırır
“Rusiyalı hərbçilər Ermənistanın Laçın yolu ilə mina daşımasına dair Azərbaycanın təqdim etdiyi məlumatı araşdırır”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatında bu marşrut üzrə hərbi yüklərin daşınmamalı olduğu qeyd olunub: “Rusiyalı hərbçilər Ermənistan tərəfinin bu dəhliz vasitəsilə mina daşıyaraq, üçtərəfli razılaşmaları pozaraq, onların Azərbaycan mövqelərinə yaxın əraziləri minalamaq üçün istifadə edilməsinə dair Azərbaycanın təqdim etdiyi məlumatı araşdırır”.























