Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 608 $▼2.37%
  • Ethereum1 886 $▼2.13%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Rusiya BMT nizamnaməsinə hörmət etməli və qərarından geri çəkilməlidir“ -  BMT Baş katibi

image-72636-1650222132
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 BMT Baş katibi Antonio Guterres Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrində keçirdiyi referendumların heç bir hüquqi dəyəri olmadığını söyləyib.

Busaat.az xəbər verir ki, bu barədə BMT Baş katibi açıqlamasında bildirib.

“Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrinin ilhaqına yönəlmiş hər hansı bir qərarın hüquqi bir dəyəri yoxdur və qınanmağa layiqdir. Qərar beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənən ümumi qaydalara ziddir. Müasir dünyada qəbuledilməz bir qərardır. Bir dövlətin torpaqlarının digər dövlət tərəfindən təhdit və ya güc istifadəsi yoluyla hər hansı bir şəkildə ilhaq edilməsi BMT sözləşməsi və beynəlxalq hüququn pozulmasıdır” –deyə, Guterres bildirib.

“Rusiyanın atacağı hansısa addım sülh ümidlərini daha da təhlükəyə atacaq. Qərarın qlobal iqtisadiyyat üzərində mənfi təsiri olacaq” deyən Baş katib Rusiyanı BMT nizamnaməsinə hörmət etməyə və Moskvanı qərarından geri çəkilməyə çağırıb.

Qeyd edək ki, qondarma Luqansk, Donetsk xalq respublikaları, Xerson və Zaporojya bölgələrinin Rusiyaya qatılması üçün referendumlar 23-27 Sentyabr tarixləri aralığında keçirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86649