
Rusiya BRİKS ölkələri üçün kosmik stansiyada birgə tədqiqat modulu təklif edib - Borisov
Rusiya Orbital Stansiyası (ROS) üçün BRİKS ölkələrinə elmi tədqiqatlar aparmağa imkan verən xüsusi ixtisaslaşdırılmış modul yaratmağı təklif edib.
Busat.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Kosmos Korporasiyasının baş direktoru Yuri Borisov məlumat verib.
“Təklif etmək istərdim ki, BRİKS-dəki tərəfdaşlarımız bu layihədə iştirak etmək və birgə səylər vasitəsilə tam hüquqlu modul yaratmaq imkanını nəzərdən keçirsinlər ki, bu da həmin ölkələrə ROS layihəsinin bir hissəsi kimi aşağı Yerə yaxın orbitinin təklif etdiyi imkandan öz milli kosmik proqramlarını həyata keçirmək üçün istifadə etməyə imkan verəcək”, – Borisov deyib.
O, əlavə edib ki, ROS pilotlu kosmik gəmilərin yaradılmasında növbəti addım olacaq.
Busaat.az























