
Rusiya: “Bryanska girməyə çalışan ukraynalı diversantlar zərərsizləşdirilib”
Bryansk vilayətinin Starodubski qəsəbəsinə girməyə çalışan ukraynalı diversantlar zərərsizləşdirilib.
Busaat.az xəbər verirki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, Ukraynaya məxsus 4 nəfərlik təxribat qrupu zərərsizləşdirilərək sızma cəhdinin qarşısı alınıb.
Məlumatda xarici mənşəli silahlarla yanaşı, aldatma əməliyyatında istifadə ediləcəyi proqnozlaşdırılan üzərində “FSB-nin malı” yazılan pilotsuz uçuş aparatlarının da olduğuğu iddia edilib.























