
Rusiya bu ölkəyə 25 min ton buğda və 10 min ton yanacaq dəstəyi bağışlayacaq
Rusiya ərzaq və elektrik böhranı ilə mübarizə aparan Livana 25 min ton buğda və 10 min ton yanacaq bağışlayacaq.
Busaat.az xəbər verir ki, bu barədə Livanın İctimai İşlər və Nəqliyyat naziri Əli Hamiyə bildirib.
Anadolu Agentliyinə (AA) danışan nazir Hamiyə Rusiya prezidenti Vladimir Putinin Livan üçün buğda və yanacaq bağışlayacağını təsdiqlədiyini bildirib.
Məsələ ilə bağlı dünən Livana məlumat verildiyini qeyd edən Hamiyə Moskvanın 25 min ton buğda və 10 min ton yanacaq dəstəyinin nə vaxt göndəriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Livana dəstəyin Rusiyanın taxıl dəhlizi sazişini dayandırmasından sonra gəlməsi diqqət çəkib.
Livan ərzaq baxımından ən çox zərər çəkən ölkələrdən biridir.
Qeyd edək ki, Livan əvvəllər buğda ehtiyacının 65 faizini Ukrayna və Rusiyadan idxal edib.
Busaat.az























