
Rusiya bu səhər Ukraynaya 36 raket atıb - Valeriy Zalujnı
Rusiya ordusunun bu səhər atdığı 36 raketdən 16-ı məhv edilib.
Busaat.az xəbər verir ki, bu sözləri Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı bildirib.
Zalujnı həmçinin Rusiya qüvvələrinin səhər saatlarında da yenidən raket hücumlarına keçdiyini açıqlayıb.
Rusiyanın havadan və dənizdən ümumilikdə 36 raket atdığını bildirən Zalujnı, onlardan 16-nın Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.
Qeyd edək ki, Ukraynanın müxtəlif bölgələrində hava hücumu həyacanı verilib.
Busaat.az























