
Rusiya, Çin və İran təlimləri regional təhlükəsizliyə öz töhfəsini verir - Çin MN
Rusiya, Çin və İranın Oman körfəzində keçirdiyi “Dəniz Təhlükəsizlik Kəməri 2023” təlimi regionda təhlükəsizliyin gücləndirilməsinə töhfə verib.
Busaat.az xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib.
“Bu təlimlər Çin, İran və Rusiyanın dəniz qüvvələrinin dənizdə müxtəlif hərbi tapşırıqları birgə yerinə yetirmək imkanlarını artırıb, ənənəvi dostluq və əməkdaşlığı daha da möhkəmləndirib”, – deyə açıqlamada bildirilib.
Onun sözlərinə görə, təlim martın 15-dən 19-dək keçirilib. Təlimlər çərçivəsində ümumilikdə 12 gəmi havada axtarış əməliyyatları, dənizdə xilasetmə, dəniz paradının nizam-intizamı üzrə təlimlərdə iştirak edib və bir sıra digər tapşırıqları yerinə yetirib.
Busaat.az























