Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 417 $▲0.48%
  • Ethereum1 795 $▲1.50%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya Donbasda bir şəhəri dağıdıb - Zelenski

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın Donbas bölgəsindəki şəhərlərdə ağır dağıntılar baş verdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski Telegram hesabından video paylaşımla xalqa müraciət edib.

Rusiya ordusunun ölkəsinə qarşı hücumlarının davam etdiyini bildirən Zelenski səhər saatlarında Kiyev bölgəsində İran istehsalı olan 13 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.

Cəbhə xəttində şiddətli toqquşmaların davam etdiyini bildirən Zelenski, Rusiya qüvvələrinin cəbhə xəttində yaşayış məntəqələrini dağıtmağa davam etdiyini deyib.

Zelenski, “Rusiya Donbasdakı şəhəri Mariupol kimi, Volnovaha kimi, Bəhmut kimi dağıdıb” – deyə, qeyd edib.

Zelenski Rusiya qüvvələrinin Xerson şəhərinə də hücumlar həyata keçirdiyini və hücumlar nəticəsində 8 yaşlı uşağın öldüyünü bildirib.

Rusiya tərəfi ilə baş tutan əsir mübadiləsi nəticəsində daha 64 Ukrayna əsgərinin azad edildiyini bildirən Zelenski əlavə edib: “Rusiyada hələ də həbsdə olan hər bir ukraynalı kişi və qadının azad edilməsi və geri qaytarılması üçün səylərimizi davam etdiririk”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94216