
Rusiya dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi olub
Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi olub.
Busaat.az xəbər verir ki, Qərb ölkələri Rusiyaya ağır iqtisadi zərbə vurmaq üçün çoxsaylı sanksiyalar tətbiq ediblər.
Zaman keçdikcə maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət kimi bir çox sahədə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunub.
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 mini keçib.
Castellum.ai qlobal sanksiyaların monitorinqi məlumat bazasının məlumatında bildirilir ki, Rusiya 22 fevral 2022-ci il tarixinə qədər 11 327 yeni sanksiyaya ilə üzləşib.
Müharibədən əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22-yə çatıb.
Bu rəqəmlə Rusiya İranı (4 268), Suriyanı (2 643), Şimali Koreyanı (2 133) geridə qoyub.
Qeyd edək ki, dünyada ən çox sanksiya tətbiq edilən ölkələr siyahısında Belarus 1 155 , Venesuela 651 və Myanma 839 sanksiya ilə yer alıb.
Busaat.az























