Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 465 $▼6.97%
  • Ethereum1 738 $▼9.81%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Rusiya ərazisinə hücum etmirik, qanuni torpaqlarımızı azad edirik” - Zelenski

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna prezidenti Volodomir Zelenski Rusiya torpaqlarına hücum etmədiklərini, qanuni torpaqlarını azad etdiklərini bildirib.

Busaat.az xəbər verir ki, Berlinə səfər etdikdən sonra Schloss Bellevue-də Prezident sarayında Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşən Zelenski kansler binası qarşısında baş nazir Olaf Şolz tərəfindən hərbi mərasimlə qarşılanıb.

Nümayəndə heyətləri arasında təkbətək görüşdən sonra Şolz və Zelenski birgə mətbuat konfransı keçirib. Ukraynanın Rusiya ərazisinə hücum edib-etməyəcəyi ilə bağlı suala Zelenski deyib:

“Biz Rusiya ərazisinə hücum etmirik. Biz qanuni torpaqlarımızı qoruyuruq. Bizim bunu etməyə nə vaxtımız, nə də gücümüz var”.

Ukrayna prezidenti Zelenski ölkəsinin işğal olunmuş əraziləri geri almaq üçün əks-hücum hazırladığını bildirib.

Şolzla görüşünün ikinci hissəsində döyüş təyyarələrinə olan tələbatın müzakirə ediləcəyini qeyd edən Zelenski əlavə edib: “Hazırda döyüş təyyarələri koalisiyası yaratmaq üçün çalışırıq”.

Zelenski səfər etdiyi Avropa ölkələri ilə görüşlərində bunun müzakirə edildiyini və alman həmkarlarını bu istiqamətdə onlara dəstək verməyə çağıracağını bildirib.

Ukraynanın bu məsələni koordinasiya etməsinin vacib olduğunu deyən Zelenski Rusiyanın hazırda hava məkanında üstünlüyünə malik olduğunu və bunu dəyişmək istədiklərini vurğulayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109607