
Rusiya gəmiləri Qara dənizdə təlimlər keçirib
Rusiya gəmiləri Qara dənizdə sualtı qayıq axtarışı üçün təlimlər keçirib.
Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti Qara Dəniz Donanmasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Qara Dəniz Donanmasının “Admiral Makarov” freqatı və “Yeysk” kiçik sualtı qayıq əleyhinə gəmisinin ekipajları düşmənin sualtı qayığının axtarışı və aşkarlanması üzrə təlim keçirib”, – məlumatda deyilir.
Qeyd edilir ki, “Starıy Oskol”un ekipajı şərti düşmən rolunu oynayıb. Təlimlər zamanı gəmilərin ekipajları sualtı qayığın axtarışı və izlənilməsi tapşırıqlarını işləyib, həmçinin torpedo silahlarından istifadə və bombardmana dair gəmi təlimləri kompleksini yerinə yetiriblər.
Manevrlər Qara Dəniz Donanmasının dəniz aviasiyasının sualtı qayıq əleyhinə qüvvələri ilə birgə həyata keçirilib.
Busaat.az























