
Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib – Putin
Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib, dialoqu qadağan edən Kiyevin özü olub.
Busaat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırarkən qeyd edib: “Biz danışıqlardan heç vaxt imtina etməmişik. Ukrayna rəhbərliyi danışıqlar aparmaqla bağlı özünə qadağa qoyub, bu bir qədər qeyri-adi və hətta qəribə görünür”.
“Məqsədimiz hərbi münaqişəni alovlamaq deyil, əksinə, bu müharibəni sona çatdırmaqdır. Biz buna çalışırıq və bundan sonra da çalışacağıq. Çalışacağıq ki, bu, nə qədər mümkündürsə o qədər tez bitsin” – deyə, Putin bildirib.
Busaat.az























