
Rusiya hərbi qüvvələri Bryansk vilayətində Ukraynanın iki pilotsuz təyyarəsini məhv edib
Kiyev səhər tezdən Rusiya obyektlərinə iki pilotsuz təyyarə ilə hücuma cəhd edib. Pilotsuz təyyarələr Bryansk vilayəti üzərində Rusiya Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Səhər tezdən Kiyev rejiminin Rusiya obyektlərində təyyarə tipli pilotsuz uçuş aparatları ilə terror aktı həyata keçirmək cəhdinin qarşısı alınıb. Bryansk vilayətinin ərazisində iki pilotsuz uçuş aparatı operativ hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib”, – nazirlik bildirib.























