
Rusiya hərbi xidmətə çağırış yaş həddini 30-a qaldırır
Rusiyada məcburi hərbi xidmət üçün maksimum çağırış yaşının artırılmasını nəzərdə tutan qanun layihəsinə əsasən, çağırış yaşı 18-dən 30-a qədər olacaq.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.
“Əsas düzəliş ondan ibarətdir ki, yuxarı yaş həddi 30 yaş müəyyən edilsin, aşağı yaş həddinin isə 18 yaşdan çıxarılmasına qərar verilib, belə ki, 18 yaşında hərbi xidmətə getmək istəyən çoxlu gənclər var və bu imkan hazırda onlar üçün mövcuddur”, – deputat bildirib.
Qanun layihəsi ilk oxunuşda kişilərin icbari hərbi xidmətə çağırılması üçün aşağı yaş həddinin 18 yaşdan 21 yaşa qədər artırılmasını nəzərdə tuturdu.
Kartapolov qeyd edib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydalar bu payızda çağırılan yeni çağırışçılara təsir etməyəcək, .
Busaat.az























