
Rusiya Hindistanla imtiyazlı strateji tərəfdaşlığa yüksək qiymət verir - Putin
Rusiya prezidenti Vladimir Putin Hindistan prezidenti Droupadi Murmu və baş nazir Narendra Modini Hindistanın Respublika Günü münasibətilə təbrik edib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Biz dövlətlərimiz arasında imtiyazlı strateji tərəfdaşlıq münasibətlərinə yüksək qiymət veririk. Əminəm ki, birlikdə çalışmaqla bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın davamlı inkişafını təmin edə bilərik. Bu, şübhəsiz ki, dost xalqların fundamental maraqlarına cavab verir”, – Putin bildirib.
Rusiya lideri, həmçinin Hindistanın iqtisadi, sosial, elmi, texnoloji və digər sahələrdə əldə etdiyi nailiyyətləri, ölkənin beynəlxalq sabitlik və təhlükəsizliyə, regional və qlobal gündəmdəki mühüm məsələlərin həllinə verdiyi töhfəni qeyd edib.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar, bütün Hindistan vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”, – Putin sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, Respublika Günü Hindistanın milli bayramıdır. 1950-ci il yanvarın 26-da Hindistan suveren respublika elan edilib.
Busaat.az























