
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ilin sonuna qədər 200 milyard dollara yaxınlaşacaq
Rusiya və Çin hökumətləri ikitərəfli ticarətin həcmini ildə 200 milyard dollara çatdırmaq vəzifəsini qarşıya qoyub.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın Pekindəki səfiri İqor Morqulov rusiyalı jurnalistlərə açıqlama verib.
İqor Morqulov Rusiya və Çinin bu ilin sonuna kimi hədəflənmiş ticarət dövriyyəsinin 200 milyard dollara yaxınlaşa biləcəyini bildirib: “Bu ilin on ayı ərzində Rusiya ilə Çin arasında ticarətin həcminə dair statistik rəqəmlər qismən açıqlanıb və deyilir ki, bu ilin on ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 33% artaraq rekord həddə – 154 milyard dollara çatıb. Ümid edirik ki, biz Rusiya və Çin başçıları tərəfindən müəyyən edilmiş 200 milyard dollarlıq hədəf səviyyəsinə yaxınlaşa biləcəyik”.
Qeyd edək ki, 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi pandemiya səbəbindən 2,9% azalıb (107,76 milyard dollar), keçən il isə 35,8% artaraq 146,88 milyard dollara çatıb.























