
Rusiya ilə sərhəd bağlanmayacaq - Gürcüstan DİN
Gürcüstan Rusiya ilə sərhədi bağlamayacaq.
Busaat.az “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
““Dəryal” sərhəd-keçid məntəqəsində vəziyyət sakitdir, keçid məntəqəsi adi rejimdə işləyir”,- məlumatda deyilir.
Nazirliyin məlumatına görə, heç bir istiqamətdə sərnişin və nəqliyyat vasitələrinin hərəkətində artım müşahidə edilmir.
Busaat.az























