Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 775 $▲1.04%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya ilə Ukrayna arasında müharibə bu və ya digər şəkildə danışıqlar masası arxasında bitəcək – Çavuşoğlu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya ilə Ukrayna arasında müharibə bu və ya digər şəkildə danışıqlar masası arxasında bitəcək.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Mövlud Çavuşoğlu Ankarada universitetlərin birində Türkiyənin xarici siyasəti mövzusunda keçirilən konfransda çıxışı zamanı Rusiya ilə Ukrayna arasında müharibənin döyüş meydanındakı uğurlar ilə deyil, danışıqlar masası arxasında bu və ya digər şəkildə bitəcəyini deyib.

Çavuşoğlu xatırladıb ki, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya görüşündən, eləcə də Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda təkbətək görüşündən sonra tərəflər atəşkəslə bağlı razılığa gəlməyə yaxın olublar. Lakin bundan sonra tərəflər dialoqdan vaz keçib.

“İndiki şərait martdakından ciddi şəkildə fərqlənir. Yeni reallıqlar var. Vəziyyət daha qarışıqdır, amma ümidi itirmək olmaz” – deyə, nazir əminliklə deyib.

Nazir qeyd edib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-da yeganə lideridir ki, Ukrayna və Rusiya liderləri ilə eyni səviyyədə ünsiyyət qura bilir. NATO-ya üzvlük Rusiya və ya hər hansı digər ölkə ilə dialoqdan imtina demək deyil. Düzgün balans saxlamaq vacibdir”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91884