
Rusiya klubları avrokuboklarda oynamayacaq
Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFU) apellyasiya şikayətinə baxıb və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiya futbol komandalarının beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılması ilə bağlı qərarını qüvvədə saxlayıb.
Busaat.az UNİAN-a istinadən xəbər verir ki, CAS-ın qərarı dünya çempionatına şamil edilmir.
Təşkilatların qərarı açıqlandıqdan sonra Rusiya Futbol İttifaqı (RFU) CAS-a apellyasiya şikayəti verib.























